Mercedes-Benz şirkəti Frankfurt avtosalonunda EQA adlı A-class elektrik hetçbəkinin prototipini təqdim edib. Konsept-karın seriyalı versiyası BMW i3-ün birbaşa rəqibi olacaq.
Yeniliyin qabarit uzunluğu 4285mm, eni 1810 mm, hündürlüyü isə 1428 mm-dir. Müqayisə üçün deyək ki, o, indiki Mercedes-Benz A-Class-dan 14 mm qısa, 30 mm enli və 6 mm alçaqdır. Təkər bazasının ölçüsü 2729 mm-dir və bu, A-Class-dan 30 mm böyükdür.
Mercedes-Benz EQA-nın hər oxunda bir elektrik mühərriki quraşdırılıb. Onlar ümumilikdə 268 a.g. və 499 Nm fırlanma anı verirlər. Hetçbək yerindən 100 km/saata təqribən 5 saniyəyə sürətlənir.
Avtomobilin altında 60 kVt/saatlıq tökmə-ion akkumulyatorlar bloku quraşdırılıb. Onlar 400 km məsafə qət etməyə imkan verirlər. Batareyalar həm standart kabel vasitəsilə, həm də elektromaqnit induksiya prinsipi əsasında simsiz sistemlə doldurula bilirlər.
Yeniliyin fərqli cəhəti radiator barmaqlığıdır ki, onun üzərində sürmə rejiminə uyğun qrafiklər əks olunur. Çox güman ki, BMW i3-ün rəqibi olacaq ekoloji cəhətdən təmiz A-Class modeli 2020-ci ildə istehsal ediləcək.
teqlər: | Mercedes-Benz, Mercedes-Benz EQA | 16.09.2017 |