Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mini-nin çox aqressiv hetçbəki

MINI şirkəti Frankfurt avtosalonu üçün John Cooper Works GP Concept adlı prototip hazırlayıb. Avtomobil Britaniya markasının Monte-Carlo rallisində qələbəsinin 50 illik yubileyi münasibətilə hazırlanıb.

Hetçbək karbon lifindən aqressiv aerodinamik asma alıb. Ona böyük splitteri və hava çıxıntıları olan qabaq bamper, enli təkər arkaları, aerodinamik elementləri olan yan ətəklər, diffuzoru olan arxa bamper və böyük palçıq qoruyucusu daxildir.

Konsept-karın interyeri maksimal dərəcədə yüngülləşdirilib: mühəndislər bütün üzləməni götürüblər, qapı dəstəklərini dəyişiblər, audiosistemi və klimatı yığışdırıblar.

Kuper təhlükəsizlik karkası, beş nöqtəli təhlükəsizlik kəmərləri, rəqəmsal cihazlar paneli və proyeksiyalı displey alıb, o cümlədən sürət qutusunun ötürücüsü isə sükan arxasındakı yarpaqlarla əvəz olunub.

Yeni hetçbəkin texniki göstəriciləri barədə hələlik məlumat yoxdur.

AUTO.AZ



Şərhlər


AD