Frankfurt avtosalonunda debüt edəcək bir çox yeniliklərdən fərqli olaraq, prototip Londonda keçirilən Jaguar Land Rover Tech Fest texniki festival çərçivəsində təqdim edilib.
Təqdim edilmiş Jaguar Future-Type Concept-də hər şey qeyri-adidir. Şirkətdən bildiriblər ki, prototip Britaniya brendinin gələcək avtomobilləri necə gördüyünü nümayiş etdirir.
Üç yerli prototip Jaguar Future-Type Concept süni intellekti olan Sayer sükanı alıb. Sükan istehsalçının şərəfinə belə adlanıb – Malkolm Sayer. Yeri gəlmişkən, bu şəxs Jaguar D-Type, Jaguar E-Type və Jaguar XJS kimi modellər üzərində işləyib.
Təəssüf ki, şirkət hələ prototip Jaguar Future-Type Concept-in texniki göstəriciləri barədə məlumat vermir.
teqlər: | Jaguar, Jaguar Future-Type | 13.09.2017 |