Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Dünyada ən güclü yolsuzluq avtomobili

Məşhur Brabus şirkəti Frankfurt-2017 avtosalonunda təqdim ediləcək yeniliyinin sirrini açıb. Bu dəfə atelye dünyada ən güclü 12-silindrli yolsuzluq avtomobilini təqdim edib - Brabus 900 One of Ten.

Bu cür hiddətli adın altında ciddi surətdə təkmilləşdirilmiş yolsuzluq avtomobili Mercedes-AMG G65-in dayandığına əmin olmaq olar. Bir daha qeyd edək ki, şirkət yeniliyi ən güclü 12-silindrli yolsuzluq avtomobili adlandırıb.

Onsuz da qorxunc olan model Mercedes-Benz G-Class artıq daha hiddətlidir! Bu cür avtomobildən cəmi 10 ədəd istehsal ediləcək. Bunu elə adından da görmək olar - Brabus 900 One of Ten. Avtomobilin qiyməti də vahiməlidir – 666 min avro. Bu, təqribən 800 min dollardır.

On ədəd yolsuzluq avtomobili Mercedes-AMG G65 by Brabus-un (Brabus 900 One Of Ten) hamısı təkmilləşdirilmiş V12 biturbo mühərriki ilə təchiz ediləcək. Mühərriklərin iş həcmi də 6,0-litrdən 6,3-litrə qədər artırılıb. O, 900,06 a.g. və 1500 Nm-ə malikdir.

Nəşr edilmiş məlumatlara əsasən, 900-güclü yolsuzluq avtomobili Mercedes-AMG G65 by Brabus (Brabus 900 One Of Ten) yerindən 100 km/saata 3,9 saniyəyə sürətlənə bilir. Yəni, təkmilləşdirilmiş yolsuzluq avtomobili idman kupesi Mercedes-AMG GT-dən daha cəlddir. Bu avtomobilin maksimal sürəti 270 km/saatdır.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes G-Class, AMG, Brabus 13.09.2017

Şərhlər


AD