Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia prototip Proceed Concept təqdim edib

Koreya şirkəti KIA Motors konseptual prototip KIA Proceed Concept-in yeni şəkillərini dərc edib. Maraqlı ilkin elandan sonra Cənubi Koreya şirkəti KIA Motors Corporation yeni konseptual model KIA Proceed Concept-in sirrini rəsmi surətdə açıb. Brendin nümayəndələrinin bildirdiklərinə görə, Frankfurt avtosalonunun prototipi yeni nəsil KIA cee’d-in dizaynının necə olacağına ilk işarədir.

Maraqlıdır ki, şirkət KIA Proceed Concept-i fastbek hetçbəkində avtomobil adlandırırlar. Model dəbli və müasir eksteryer dizaynı alıb. Məsələn, xarici görünüşdə çəp qabaq faralar və bu yaxınlarda təqdim edilmiş Stinger modeli üslubunda orijinal radiator barmaqlığı görmək olar.

Bununla yanaşı, KIA Proceed Concept çox yüngül alüminiumdan hazırlanan 20-düymlük orijinal təkər diskləri alıb. Avtomobilin mərkəzi dayaqları yoxdur. Buna baxmayaraq, şüşə zonaları işıqlandırma alıb – sürücü yaxınlaşdıqda KIA Proceed Concept işıq verir.

AUTO.AZ



teqlər:
KIA, Kia Proceed Concept 12.09.2017

Şərhlər


AD