Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW Concept X7 iPerformance təqdim edib

BMW yeni flaqman yolsuzluq avtomobili Concept X7 iPerformance-ın konseptual prototipinin rəsmi surətdə sirrin açıb. Avtomobilin seriyalı versiyası gələn il debüt edəcək.

Yeni flaqman yolsuzluq avtomobili BMW X7-ninkonseptual prototipi özündə yüksək səviyyəli xarici görünüşü və çoxlu sayda şüşəsi olan üç sıralı salonu birləşdirir. Öz növbəsində, yeni flaqman yolsuzluq avtomobilinin prototipi BMW dizaynından bəzi məlum elementlər alıb.

Məsələn, biz konseptual prototip BMW Concept X7 iPerformance-ın qabaq hissəsində hər yeni modeldə daha da böyüyən radiator barmaqlığı görürük. Radiator barmaqlığının yanında nazik diodlu fənərlər də var.

Konseptual yolsuzluq avtomobili BMW Concept X7 iPerformance-ın salonunda 12,3-düymlük rəqəmsal cihazlar paneli, o cümlədən arxa oturacaq sərnişinləri üçün informasiya-əyləncə sistemi görmək mümkündür.

Məlumdur ki, prototip hibrid güc qurğusu ilə hərəkət edir. Ona sıxıcı kompressorlu mühərrik və elektrik mühərriki daxildir. Lakin hazırda Bavariya markası yeniliyin xarakteristikası barədə məlumat vermir.

AUTO.AZ



teqlər:
BMW, BMW X7 12.09.2017

Şərhlər


AD