Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan 700-güclü sedan

Dünyada məşhur olan Brabus şirkəti beynəlxalq avtosalon Frankfurt-2017 çərçivəsində sedan Mercedes-AMG E 63 S 4Matic+-in yeni versiyasını təqdim edəcək. Onsuz da zəif olmayan avtomobil bir saıra vizual yeniliklər və 700-güclü təkmilləşdirilmiş mühərrik alıb.

Atelyenin mütəxəssisləri tərəfindən təkmilləşdirilmiş sedan Mercedes-AMG E 63 S 4Matic+ indi Brabus 700 adlanır. Baza variantında 4-litrlik biturbolaşdırılmış səkkizlik 612 a.g. və 850 Nm fırlanma anı verirdisə, Brabusun mütəxəssisləri tərəfindən təkmilləşdirmədən sonra o, 700 a.g. və 950 Nm-ə malikdir.

Artan güc və fırlanma anı sayəsində təkmilləşdirilmiş sedan Mercedes-AMG E 63 S by Brabus yerindən 100 km/saata 3,2 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 300 km/saatdır (elektronika ilə məhdudlaşdırılıb).

Bundan əlavə, ənənəvi olaraq, təkmilləşdirilmiş avtomobil yeni qaz buraxma sistemi alıb ki, onun da klapanları tənzimlənir. Bu opsiya sayəsində 700-güclü sedan Brabus 700-ün sahibləri mühərrikin səsini dəyişə bilirlər.

Sedan Brabus 700-ün salonunda ikirəngli dəri, yeni oturacaqlar, alkantara, karbon əlavələr, firma əlavələri və xalılar görmək olar.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes E-Class, Brabus 11.09.2017

Şərhlər


AD