Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Alpina-dan dizel beşliyi

Alpina şirkəti yeni BMW 5 Series ailəsinin bazasında yığılmış D5 S modelini təqdim edib. Baxmayaraq ki, BMW-nin özündə 4-turbinli aqreqatlar var (məsələn, M550d), yenilik 3 ardıcıl sıxıcı kompressoru olan dizel mühərrik və tam ötürücü sistem alıb.

Sedan və universal D5 S 388 a.g.-ə malik (dəqiqədə 1750-2650 dövrdə 800 Nm fırlanma anı) 3-litrlik altılıqla və 8-pilləli avtomat sürət qutusu ilə təklif olunur. Alpina şirkətində mühərrik üçün yeni turbinlər, yanacağı sıçratma sistemi, soyutma sistemi və fərqli interkuler hazırlayıblar. Müqayisə üçün deyək ki, 4 kompressorlu aqreqatı olan BMW 400 a.g. və dəqiqədə 2000 dövrdə 760 Nm-ə malikdir.

Sedan yerindən 100 km/saata 4,4, universal isə 4,6 saniyəyə sürətlənir. Bu əməliyyata BMW M550d ailəsinə məxsus avtomobillər də bu qədər vaxt sərf edirlər. D5 S avtomoblləri 200 km/saata müvafiq olaraq 17 və 17,2 saniyədən sonra çatırlar. Dördqapılının maksimal sürəti 286 km/saat, universalın isə 283 km/saatdır.

Bununla yanaşı, Alpina D5 S elektron idarəetmə amortizatorları Bilstein, arxa pnevmo asılqan (yalnız universal üçün), 20-düymlük disklər, tam idarəolunan şassi, fəal stabilizatorlar (opsional paket Sport Plus ilə birgə) alıb.

AUTO.AZ



teqlər:
BMW, BMW 5-series, Alpina 11.09.2017

Şərhlər


AD