Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Honda hibrid krossover təqdim edib

Yaponiya avtomobil istehsalçısı Avropa bazarı üçün hibrid modifikasiyalı 5-ci nəsil CR-V təqdim edib. O, bir həftə sonra Frankfurtda debüt edəcək. Avtomobil prototip statusuna malik olsa da, şübhəsiz qarşımızda praktiki olaraq Honda-nın seriyalı variantı dayanır. Avtomobil 2018-ci ildə Avropa bazarına çıxarılacaq.

CR-V Hybrid-in dəqiq texniki xarakteristikası hələlik sirr olaraq qalır. Məlumdur ki, Honda-nın güc qurğusu Atkinson dövriyyəsi ilə çalışan 2-litrlik benzin mühərrikdən və iki elektrik mühərrikindən ibarətdir. Hibridin gözlənilən gücü 170-200 a.g.-dür.

Hibrid qurğu Intelligent Multi-Mode Drive sisteminin idarəçiliyi altında çalışır. Bu sistem sürücüyə hərəkət rejimi seçimində kömək edir və şəraitə əsasən özü bunu müəyyənləşdirir (EV Drive, Hybrid Drive və ya Engine Drive).

AUTO.AZ



teqlər:
Honda, Honda CR-V 09.09.2017

Şərhlər


AD