Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Frankfurta eksklüziv Geländewagen-lər gedir

Frankfurt-2017 beynəlxalq avtosalonu xüsusi Mercedes-AMG G 63 Exclusive Edition və Mercedes-AMG G 65 Exclusive Edition yolsuzluq avtomobillərinin təqdimat yeri olacaq.

Yüksək məhsuldarlı Geländewagen-lərin eksteryeri və interyeri bir sıra eksklüziv həllər alıb. Məsələn, Mercedes-AMG G 63 Exclusive Edition və Mercedes-AMG G 65 Exclusive Edition modelləri üçün nadir koler AMG Monza əlyetərlidir.

Bununla yanaşı, avtomobillər paslanmayan poladdan xüsusi qoruyucular, plastik xətlər, tünd alüminium əlavələr alıb. Bundan əlavə, eksklüziv yolsuzluq avtomobilləri üçün ya qara (G63), ya da keramik (G65) rəngli nadir 21-düymlük təkər diskləri nəzərdə tutulub.

Xüsusi yolsuzluq avtomobilləri Mercedes-AMG G 63 Exclusive Edition və Mercedes-AMG G 65 Exclusive Edition-ın salonlarında ikirəngli dəridən AMG idman oturacaqları və ikirəngli dəri panel görmək olar. Bu gözəlliklər designo Exclusive paketinə daxildir.

Bundan əlavə, eksklüziv avtomobillərin təchizatına qızdırıcısı və ventilyasiyası olan qabaq oturacaqlar, karbon lifindən nadir işləmələr və qara laklı əlavələr daxildir.

Adi model kimi, yolsuzluq avtomobili Mercedes-AMG G 63 Exclusive Edition da 5,5-litrlik V8 mühərrikinə (571 a.g. və 750 Nm) malikdir. Təkmilləşdirilmiş Mercedes-AMG G 65 Exclusive Edition 6,0-litrlik V12 ( 630 a.g. və 1000 Nm) mühərrikə malikdir.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes G-Class, AMG 09.09.2017

Şərhlər


AD