Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan elektrokar Leaf təqdim edib

Bir neçə ay davam edən yorucu intizardan sonra Yaponiyanın avtomobil istehsalı nəhəngi Nissan Motor Company rəsmi olaraq yeni nəsil Nissan Leaf-i təqdim etdi. Elektrik güc qurğusu olan bu məşhur avtomobilin dünya üzrə təqdimatı Frankfurt-2017 avtosalonunda olacaq.

2018-ci model ilinə məxsus yeni Nissan Leaf tam müasir eksteryer dizaynı və yeni transmissiya alıb ki, bunun sayəsində yüksəklikləri fəth edəcək. Şirkətdən bildiriblər ki, avtomobil cari ilin sonlarında satışa çıxarılacaq.

Elektrokar Nissan Leaf 40 kVt/saatlıq akkumulyatorlar təchiz olunub. Həmçinin bildirilib ki, modeldə 60 kVt/saatlıq akkumulyatorun quraşdırıldığı modifikasiya da olacaq. Avtomobilin elektrik mühərriki 147 (150) a.g. (320 Nm) verəcək. Akkumulyatorun gücü 378 km məsafə qət etməyə imkan yaradacaq.

Yeni elektrokar Nissan Leaf-in dizaynına gəldikdə isə, avtomobil 2010-cu ildə debüt etmiş sələfindən çox fərqlənir. O, yeni süni radiator barmaqlığı, işıq texnikası və tündləşdirilmiş arxa dayaqlar alıb.

AUTO.AZ



teqlər:
Nissan, Nissan Leaf 08.09.2017

Şərhlər


AD