Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari-dən ən son LaFerrari

İtaliyanın Ferrari brendi yüksək məhsuldarlı model LaFerrari-nin ən son nümunəsini rəsmi olaraq təqdim edib. Aperta versiyasında olan bu avtomobil RM Sotheby’s hərracında satılacaq. Əldə edilmiş gəlir isə xeyriyyəçiliyə sərf olunacaq.

Bir daha qeyd edək ki, təqdim edilən Ferrari LaFerrari Aperta modelinin satışından əldə olunan gəlir Save the Children (Uşaqları xilas edək) təşkilatının fonduna köçürüləcək, o cümlədən dünyada təhsil proqramlarının təkmilləşdirilməsinə sərf olunacaq.

Qeyd edək ki, əvvəllər italyan markası kupe banında super hibrid Ferrari LaFerrari-dən 499 ədəd, Ferrari LaFerrari Aperta-dan isə 209 ədəd istehsal etməyi planlaşdırırdı. Lakin ötən il istehsalçı 500-cü kupeni yığdı və o, hərracda rekord qiymətə - 7 milyon dollara satıldı. Pullar xeyriyyəçiliyə sərf olundu.

Təqdim edilmiş rodster Ferrari LaFerrari Aperta 210-cu oldu. İlkin məlumata əsasən, hərrac təşkilatçıları nadir avtomobil üçün 3-4 milyon dollar əldə etmək istəyirlər.

Ferrari LaFerrari Aperta modeli hibrid güc qurğusu ilə hərəkət edir. Bu qurğuya elektrik mühərriki və 6,3-litrlik V12 daxildir. O, 963 a.g. və 900 Nm fırlanma anına malikdir. Yerindən 100 km/saata isə avtomobil 3 saniyəyə sürətlənir.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari LaFerrari 08.09.2017

Şərhlər


AD