Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Maserati Ghibli xüsusi versiya alıb

İtalyan markası Maserati Çin avtosalonu Chengdu Motor Show 2017 üçün sedan Ghibli-nin yeni versiyasını hazırlayıb. O, GranLusso adlanır. Avtomobil geniş əlyetərli ləvazimatlar və dizayn cəhətdən eksklüziv həllər alıb.

Xüsusi idman sedanı Maserati Ghibli GranLusso-nu adi 4-qapılı modeldən əlavə xrom işləmələri olan yeni bamperlər, o cümlədən təkmilləşdirilmiş radiator barmaqlığı ilə fərqləndirmək olar.

Bununla yanaşı, avtomobilin banında fərqləndirici loqotiplər var ki, onlar xüsusi versiyanın adından xəbər verir. İdman sedanı Maserati Ghibli GranLusso-nun arxa hissəsində yeni bamperlər və aerodinamik diffuzor görmək olar. Şirkətdən vurğulayıblar ki, xüsusi sedanın dizaynı təkcə avtomobilin xarici görünüşünü yaxşılaşdırmır, eyni zamanda, sedanın aerodinamikasına təsir edir.

Güman edilir ki, sedan Maserati Ghibli GranLusso yaxşı tanınan güc aqreqatları alacaq. Söhbət benzin mühərriki 3,0 V6-dan (350 a.g.) və dizel mühərriki 3,0 V6-dan (275 a.g.) gedir.

AUTO.AZ



teqlər:
Maserati, Maserati Ghibli 07.09.2017

Şərhlər


AD