Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Fiat, Parisdə 500 xüsusi versiyasını və Punto Evo-nu göstərəcək

Sentyabr ayının sonunda keçiriləcək Paris avtosalonunda Fiat konserni, Abarth atelyesi tərəfindən hazırlanmış iki xüsusi versiyalı mini-kar – 500CPunto Evo-nu göstərəcək. esseesse adlı idman paketi, avtomobillərin dinamikasını artırmakla yanaşı gözəl unikal görüntü də verir. Belə ki, FIAT Punto Evo Abarth esseesse-nin mühərriki 180 a.g.-ə qədər gücləndirilib, 3000 dövr/dəqiqədə 270 Nm fırlanma tezliyi verir, maksimal sürəti isə 216 km/saat təşkil edir. 0-100 km/saat sürətini isə 7.5 saniyəyə yığır. Kabriolet FIAT 500C Abarth esseesse, 209 km/saat maksimal sürət göstərən və hetçbekin yerindən qalxmasını 0.1 saniyə tezləşdirən 160 a.g. olan mühərrik əldə edib.

Hər iki avtomobil, atelyenin Korso-Markedə yerləşən tarixi baş qərargahının qarşısındakı aerodromun adına, Campovolo adı almış xüsusi boz rəngdə rənglənir. Görüntünü, 18 düyümlük lehimli disklər, dəri ilə üzlənmiş idman oturacaqları və özünəməxsus, Magneti Marelli ilə birgə hazırlanmış GPS-naviqasiya sistemi tamamlayır.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Fiat, Fiat 500, Fiat Punto, Abarth 18.09.2010

Şərhlər


AD