Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai seriyalı pikap istehsal edəcək

Koreya Respublikasının Hyundai Motor şirkəti yeni pikap barədə xəbəri rəsmən təsdiq etdi. Bu, Şimali Amerika bazarı üçün nəzərdə tutulub. Bu barədə Reuters agentliyinə Hyundai Motor şirkətinin Şimali Amerika üzrə bölməsinin korporativ və planlaşdırma üzrə vitse-prezidenti Maykl O`Brayn deyib.

Bildirilir ki, yeni seriyalı pikap ilk dəfə 2015-ci ildə təqdim edilən Santa Cruz konsepsiyasının motivləri əsasında yığılacaq. Yenilik barədə digər məlumatlar sirr olaraq saxlanılır.

Bununla yanaşı, məlum olub ki, Hyundai Motor şirkəti Amerika bazarına kompakt krossover Kona çıxaracaq. Hətta avtomobil cari ilin sonlarında satışa çıxarılmalıdır.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Santa Cruz 05.09.2017

Şərhlər


AD