Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bentley yeni Continental GT təqdim edib

Bir sıra elanlardan və casus fotolarından sonra Bentley Motors şirkəti yeni Continental GT-nin sirrini rəsmi surətdə açdı. Möhtəşəm avtomobilin təqdimatı isə Frankfurtdakı beynəlxalq avtosalonda keçiriləcək.

Yeni nəsil Bentley Continental GT əvvəllər də güman edildiyi kimi, gözəl Bentley EXP 10 Speed 6 Concept-dən bir sıra üslub həlləri alıb. Baxmayaraq ki, ikiqapılı avtomobil tanınan dərəcədə dizayna malikdir, o, daha cəlbedici, aqressiv və dəbli alınıb.

Yeni nəsil Bentley Continental GT-nin ölçüləri elə də çox dəyişməyib. Lakin şirkətdən bildiriblər ki, avtomobilin qabaq oxu 135 mm qabağa dartılıb. Bunun sayəsində avtomobilin qabaq hissəsi yüngülləşib, kapot isə uzanıb. Yeniliyin uzunlluğu 4805 mm, eni 1954 mm, hündürlüyü isə 1392 mm-dir.

Yeni nəsil kupe Bentley Continental GT tam yeni mühərrik – 6.0 W12 TSI alacaq. Bu aqreqat 635 a.g.-ə, 900 Nm-ə malikdir. Avtomobil ikimuftalı yeni 8-diapazonlu avtomat sürət qutusu alıb. O, ilk yüzlüyə 3,7 saniyəyə sürətlənir, maksimal sürət isə 333 km/saatdır.

Bununla belə, gələcəkdə avtomobil daha məhsuldar və sakit versiya alacaq. Bildirilir ki, yeni nəsil model üçün 8-silindrli mühərrik, o cümlədən 6-silindrli mühərrikin daxil olduğu hibrid güc qurğusu əlyetərli olacaq.

Yeni Bentley Continental GT-nin seriyalı istehsalı 2017-ci ilin sonlarında başlayacaq. İlk çatdırılma isə 2018-ci ilin yazına planlaşdırılır.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Continental GT 31.08.2017

Şərhlər


AD