Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen yeni T-Roc təqdim edib

Volkswagen kompakt krossover T-Roc təqdim edib. Bu, Tiguan modelindən bir pillə aşağıda dayanacaq. Yenilik sentyabr ayının ortalarında Frankfurt avtosalonunda təqdim ediləcək. bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

T-Roc-un fərqləndirici cəhəti altıbucaq radiator barmaqlığı, qabaq fənərlərə keçən diodlu hərəkət işıqlarıdır. Bundan əlavə, krossoverin banı üzərində xromlanmış dekorativ elementlər. Avtomobil, həmçinin opsiya kimi əlyetərli olan rəng alıb.

Volkswagen T-Roc modul platforması MQB-də yığılıb. Bundan əlavə, benzin mühərriklər sırasına 1,5-litrlik, 150 a.g. olan turbo mühərrik daxildir. O, mexaniki və ya ikimuftalı 7-pilləli robot sürət qutusu ilə birgə çalışır. Belə versiya həm qabaq, həm də tamötürücülü olur. Ən güclü variant 190 a.g. verən 2,0-litrli mühərrik, robotlaşdırılmış sürət qutusu və tam ötürücü alıb.

Dizel qammasına 1,6-litrlik, 115-güclü, mexaniki sürət qutusu ilə birgə çalışan mühərrik daxildir. Bundan əlavə, krossover 2-litrlik, 150 və 190 a.g. verən mühərriklərlə təklif ediləcək.

Volkswagen T-Roc cari ilin sonlarında satışa çıxarılacaq. Qiymət isə bir qədər sonra məlum olacaq.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen T-ROC 29.08.2017

Şərhlər


AD