Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cadillac CTS-V yubiley versiyası aldı

Amerikanın premial brendi olan Cadillac 2018-ci model ilinə aid sedan CTS-V Glacier Metallic Edition təqdim edib. Avtomobil şirkətin 115 illik yubileyi münasibətilə buraxılıb.

Cadillac CTS-V Glacier Metallic Edition-dan cəmi 115 ədəd istehsal ediləcək. Avtomobilin alacağı eksklüziv həllər sırasına nadir açıq-boz ban rəngi daxildir.

Yüksək məhsuldarlı sedan Cadillac CTS-V Glacier Metallic Edition-ın salonunda idman oturacaqları Jet Black Recaro, dam lyuku, ən son informasiya-əyləncə sistemi Cadillac, innovativ güzgü və Cosworth Toolbox proqramlı Performance Data Recorder sistemi görmək olar.

Təkmilləşdirilmiş sedan Cadillac CTS-V Glacier Metallic Edition texniki cəhətdən dəyişikliyə məruz qalmayıb. Yəni, avtomobil həmişə olduğu kimi, yenə də 6,0-litrlik V8 mühərriki (640 a.g. və 855 Nm fırlanma anı) ilə hərəkətə gətirilir.

Yeni modelin güc aqreqatı silindrlərin dezaktivasiya sistemi və 8-pilləli avtomat sürət qutusu ilə təchiz edilib. Avtomobilin elektronikası bir neçə hərəkət rejiminə, o cümlədən yalnız yürüş treki üçün nəzərdə tutulmuş varianta malikdir.

AUTO.AZ



teqlər:
Cadillac, Cadillac CTS-V 29.08.2017

Şərhlər


AD