Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari yeni model təqdim edib

İtaliyan şirkəti Ferrari Portofino adlanan yeni modelinin sirrini açıb. 600-güclü modelin təqdimatı bir həftə sonra Frankfurtda keçiriləcək beynəlxalq avtosalonda baş tutacaq. O, kupe-kabriolet Ferrari California T-ni əvəz edəcək.

Ferrari-nin ən əlyetərli sportkarı olacaq yeni Ferrari Portofino 3,9-litrlik səkkizliklə təchiz edilir (590 a.g., 760 Nm). Şirkətdən bildiriblər ki, yeni üstü açılan model Ferrari Portofino-nun güc aqreqatı ciddi dəyişikliklərə məruz qalıb. Belə ki, iki turbinli mühərrik yeni şatunlar və porşnlərlə təchiz edilib. Beləliklə, mühərriki gücünü 40 a.g. artırmaq mümkün olub. Həmçinin qeyd edilməlidir ki, əvvəllər bu mühərrik 755 Nm fırlanma anına malik idi.

Verilən məlumata görə, yeni rodster Ferrari Portofino 7-diapazonlu, robotlaşdırılmış sürət qutusuna malikdir və yerindən 100 km/saata 3,5 saniyəyə sürətlənir. Bu, Ferrari California T modelindən 0,1 saniyə tezdir. Maksimal sürət isə 320 km/saatdır. Ferrari Portofino yeni şassidə yığılıb. Bunun sayəsində avtomobil sələfindən bir qədər yüngül olub.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari Portofino 28.08.2017

Şərhlər


AD