Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes yeni elektromobil göstərib

Mercedes-Benz şirkəti bu günlərdə Kaliforniya sahillərində baş tutan Monterey Car Week adlı tədbirə nümayiş etdirmək üçün konseptual elektromobil Vision Mercedes-Maybach 6 Cabriolet gətirib.

Avtomobil istehsalçısının sözlərinə görə, həssas, emosional, cəlbedici dizayna və müasir texnologiyaya malik olan təqribən 6 metr uzunluğunda ikiyerli kabriolet gələcəyin möhtəşəm elektromobilləri barədə təsəvvür yaradır. Vision Mercedes-Maybach 6 Cabriolet-in layihəsini hazırlayarkən, istehsalçılar ar-deko üslubuna müraciət etmişlər.

Vision Mercedes-Maybach 6 Cabriolet 750 a.g. verən mühərrikə malikdir və 100 km/saata 4 saniyədən də tez sürətlənir. Tam dolu akkumulyatorla avtomobil 500 km məsafə qət edə bilər. Tez dolma sistemi sayəsində akkumulyator 5 dəqiqəyə 100 km məsafə qət edə biləcək qədər enerji yığır.

Elektromobil üçün xrom dekorativ elementlərlə və 24-düymlük disklərin milləri ilə yaxşı uyğunlaşan tünd-göy rəng seçilib. İnteryer ağ dəri ilə işlənilib. İşləmələrin hər düyməsində Mercedes-in loqotipi var. Döşəmə ağac və alüminiumdan hazırlanıb. İstehsalçı bildirir ki, mərkəzi konsolda göy işıqlı optik liflər var ki, bu da rəmzi mənada avtomobili hərəkətə gətirən enerji axını deməkdir.

AUTO.AZ



Şərhlər


AD