Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar sedan XE-ni təkmilləşdirib

Jaguar şirkəti 2018-ci model ilinə məxsus kompakt sedan təqdim edib. Dördqapılı yeni, daha güclü mühərriklər və təkmilləşdirilmiş yardımçı sistemlər alıb.

Beləliklə, Britaniya markasının ən balaca modeli Ingenium ailəsinə məxsus 2-litrlik, 4-silindrli, 200, 250 və 300 a.g.-ə malik mühərriklərlə təklif ediləcək. Mühərriklər 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Bununla belə, son iki mühərrik tam ötürücü sistemi dəstəkləyir.

Bundan əlavə, mühərrik sırasına təkmilləşdirilmiş 3-litrlik V6 mühərriki də daxildir. Onun gücü 340-dan 380 a.g.-ə qədər artırılıb. Avtomobil, həmçinin 240 a.g. və 500 Nm fırlanma anı verən 2-litrlik dizel mühərriklə təklif ediləcək.

2018-ci model ilinə aid sedan indi baqaj qapısını kontaktsız açma funksiyasına malikdir. Bundan əlavə, Jaguar XE 12,2-düymlük sensor ekranı olan təkmilləşdirilmiş İnControl multimedia sistemi alacaq.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar XE 23.08.2017

Şərhlər


AD