Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW-dən yeni rodster Z4

BMW şirkəti rəsmi olaraq konseptual rodster Z4 Concept-i təqdim edib. Bu, üçüncü nəsil seriyalı Z4 modeli barədə təsəvvür yaradacaq. Yenilik ABŞ-da, Pebbl Biçdə keçiriləcək müsabiqəsində geniş kütlə qarşısına çıxarılacaq.

Şirkətdən bildiriblər ki, konseptin hazırlanmasında klassik BMW rodsterlərindən, o cümlədən əfsanəvi yürüş avtomobili 328 Mille Miglia-dan ilhamlanıblar. Prototip Bavariya markasına uyğun olmayan bir sıra qeyri-standart üslub həlləri alıb, o cümlədən qabaq işıqlar Z8-dəki kimi vertikal olub, V-şəkilli karbon bamper.

Salonun sürücü oturan hissəsi metal dekorativ elementlərdən və sükan arxasında olan qırmızı sürət qutusu ötürücülərindən başqa, qara rəngdə hazırlanıb. BMW Z4 Concept-in texniki hissəsi barədə ətraflı məlumat verilməyib. Rodsterin seriyalı versiyası 2018-ci ilə işıq üzü görəcək. Hazırda yenilik G29 indeksi ilə tanınır.

AUTO.AZ



teqlər:
BMW, BMW Z4 Concept 22.08.2017

Şərhlər


AD