Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai hidrogenli krossover təqdim etdi

Seulda Koreya şirkəti Hyundai Motor Company-nin yeni nəsil hidrogenli krossoverinin rəsmi təqdimat mərasimi keçirildi. Hal-hazırda bu avtomobil Hyundai Next Generation FCEV adı ilə məşhurdur.

Hyundai Motor Company şirkəti Seulda keçirilən xüsusi tədbirdə yeni nəsil hidrogenli krossoveri rəsmən təqdim etdi. Təqdim olunmuş, hidrogen yanacağı elementləri ilə işləyən, avtomobil Hyundai Next Generation FCEV adlandı (rəsmi ad 2018-ci ilin yanvarında elan ediləcək).

Seula təqdim olunan yenilik Cenevrə avtosalonunda təqdim olunmuş Hyundai FE Fuel Cell Concept kosepsiyasını davam etdirir. Avtomobil məşhur SUV seqmentinin yeni hidrogenli avtomobilinin necə görünəcəyi barədə təsəvvür yaradır.

Yeni seriya modeli köhnəlmiş kross Hyundai ix35 Fuel Cell/Tucson Fuel Cell-i əvəz edəcək. Koreya brendinin təmsilçilərinin verdiyi rəsmi məlumata görə, yeni hidrogenli kross bir tam doldurulmada 360 mil (580 kilometr) yol gedə biləcək.

Verilən məlumata görə, hidrogen sisteminin dördüncü nəsli Hyundai ix35 Fuel Cell modelində istifadə olunandan doqquz faiz daha effektli olub. Bundan başqa, maksimal güc əvvəlkindən 20 faiz artırılıb.

Təqribi güc – 120 kVt (163,15 a.g.) və 400 Nm-dir. Elektrik mühərrikinin fırlanma anının ancaq qabaq oxun təkərlərinə veriləcəyi güman edilir.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Next Generation FCEV 19.08.2017

Şərhlər


AD