Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus universala üslub və güc əlavə etdi

Dünyada məşhur olan Brabus atelyesinin mütəxəssisləri yeni nəsil universal Mercedes-Benz E-Class Estate üçün kompleks modernləşdirmə proqramı hazırladılar.

Dəbli alman avtomobili üçün tüninq dəstinə interyer və eksteryer üçün eksklüziv fikirlər və güc qurğularının yüngül “təkmilləşdirilməsi” daxildir.
Adətən, Brabus-un modernləşdirilmiş  avtomobilləri alman brendinin zavoddan çıxmış adi modellərindən orijinal aerodinamik asma və firma loqotipləri ilə fərqlənir.

Bundan başqa, alman firmasının bacarıqlı işçiləri Mercedes-Benz E-Class Estate modelinin interyerinin tərtibatına bəzi eksklüziv ştrixlər əlavə edib. Burada çoxlu yüksək keyfiyyətli alkantara meydana gəlib.

Texnikaya gəldikdə isə, universal Mercedes-Benz E250 Estate üçün istehsaledici modul hazırlanıb. Bu modul sayəsində ikilitrlik mühərrikin gücü 34 a.g. və 50 Nm artır – 245 a.g. və 400 Nm olur. Bunun nəticəsində avtomobilin sürətlənmə dinamikası yaxşılaşıb.

Həmçinin Brabus atelyesində Mercedes- Benz E220 d və Mercedes-Benz E350 d modellərinin dizel mühərriklərinin faydalı iş əmsalını artırmağı təklif edirlər. Ən güclü dizel mühərriki tamamlanmadan sonra 309 a.g. verə bilir (zavod istehsalında 258 a.g. verirdi).

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes E-Class, Brabus 18.08.2017

Şərhlər


AD