Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Acura boyuk sedanını yenilədi

Acura şirkəti debüt ərəfəsində, ayın ortasında plan üzrə yenilənmiş flaqman sedanı RLX-in  sirrini açdı. Sedanın həm xarici görünüşünü, həm də güc qurğularını yenidən hazırlayıblar.

Yenilənmiş Acura RLX-i artıq MDX və TLX modellərinin banlarında istifadə olunan və hal-hazırda model sırasının irsi nişanəsi olan beşguşəli radiator barmaqlığından tanımaq olar.

Bundan başqa, sedan yeni qazçıxma sistemi tərtibatı, başqa diffuzor və yeni təkər diskləri dizaynı əldə edib. Ban rəngləri qammasına isə daha üç rəng əlavə olunub. Interyerin yenilənməsi işləmə üçün əlverişli materialların siyahısının genişləndirilməsi ilə məhdudlaşır.

Əslində, Acura-nın flaqman sedanı üçün təklif etdiyi mühərriklər dəyişilməyib – bunlar üç elektrik və bir benzin mühərriki olan 377 – güclü hibrid güc qurğusu, həmçinin 310 – güclü 3,5 litrlik V6 mühərrikləridir.

AUTO.AZ



teqlər:
Acura, Acura RLX 17.08.2017

Şərhlər


AD