Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Infiniti retro-konsept təqdim etdi

2017-ci ildə Pebbl-Biç-də keçirilən zəriflik müsabiqəsində Infiniti yapon premial markası elektrik güc qurğusu ilə təchiz olunmuş retro-konsept Prototype 9 Concept-i rəsmən təqdim etdi.

Konsept Infiniti Prototype 9 Concept retro-üslubda hazırlanıb və keçən əsrin 30-cu illərinin yarış bolidlərinə bənzəyir. İlkin anonsdan sonra Yaponiya premial brendi Infiniti retro-üslubda hazırlanmış konseptual avtomobil Prototype 9 Concept-in sirrini açdı. Xatırladaq ki, Infiniti yapon premial markası– zəngin tarixi irsi olmayan təzə avtomobil şirkətidir. Beləliklə, dünya üzrə keçirilən retro-avtomobilər şousunda brend heç bir şey göstərə bilməz.

Lakin, markanın marketinq xidməti çox yaxşı işləyib! Onların tövsiyəsi ilə şirkətin mühəndisləri heyranedici konsept Infiniti Prototype 9 Concept-i hazırlayıblar. Bu konsept ictimaiyyətə yapon markasının bolidinin necə görünə biləcəyini nümayiş etdirir.

Konseptual avtomobil həqiqətən çox, çox maraqlı alınıb. Ona baxdıqda müasir avtomobil olduğunu təsəvvür etmək belə mümkün deyil. Konseptin yapon brendinə aid olduğunu xarakterik xromlu radiator barmaqlığı və Infiniti markasının həcmli firma loqotipi təsdiq edir. Bundan əlavə, təqdim olunan konsept Prototype 9 Concept – elektrokardır. Avtomobil elektrik mühərriki ilə hərəkətə gətirilir. Güc qurğusu dünya premyerası hələ keçirilməmiş yeni nəsil Nissan Leaf-dən götürülüb.

Elektrik mühərriki 150 a.g. (320 Nm) güc verə bilir. Verilən məlumatlara görə, çəkisi 890 kiloqram olan konseptual prototip Infiniti Prototype 9 Concept 0-dan 100 km/saata 5,5 saniyəyə sürət yığır. Maksimal sürət – 169 km/saatdır (elektronika ilə məhdudlaşıb). 30 kVt/saat həcmli akkumulyator batareyasının enerjisi yarış trekində 20 dəqiqə gedişə çatır.

AUTO.AZ

 



teqlər:
Infiniti, Infiniti Prototype 9 Concept 16.08.2017

Şərhlər


AD