Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

AC Schnitzer BMW 5-Series-i tamamladı

Məşhur alman şirkəti AC Schnitzer yeni nəsil sedan və universal BMW 5-Series üçün yenilənmə paketləri hazırladı. Bavariya modelinin AC Schnitzer-dən olan kompleks modernləşdirmə proqramı özünə həm vizual dəyişikliklər, həm də texniki avadanlığın tamamlanmasını daxil edir.

Modernləşdirilmiş sedan və universal BMW 5-Series by AC Schnitzer, əsasən, yeni yan ətəklər, yeni qabaq spoiler və splitter, yeni arxa diffuzor və arxa spoylerlə “öyünə” bilər.

Bundan başqa, hər iki model korpusları karbon lifindən hazırlanan modernləşdirilmiş xarici arxa görünüş güzgüləri əldə edəcək. Tamamlanmış avtomobillərin salonunda yer xalıları və yeni alüminium pedallara rast gəlmək olar.

Hal-hazırda AC Schnitzer alman firmasının yeni nəsil BMW 5-Series üçün hazırladığı tüninq proqramı yalnız iki - 540i və 530d - modifikasiyaları üçün əlverişlidir.

Birinci modifikasiya üçün mühərrikin gücü 400 a.g.-dək, ikincisi üçün isə 315 a.g.-dək artırılıb. Xatırladaq ki, zavod istehsalında bu modellərin gücü müvafiq olaraq 340 və 265 a.g.-dür.

AUTO.AZ



teqlər:
BMW, BMW 5-series, AC Schnitzer 15.08.2017

Şərhlər


AD