Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

VW ucuz krossoverin dizaynını göstərdi

Volkswagen şirkəti yeni krossoverin dizaynını nümayiş etdirən şəkli dərc etdi. Bu avtomobil Tiguan – T-Roc-dan bir pillə aşağı yeri tutacaq. Şəkil alman avtomobil istehsalçısının Twitter səhifəsində yerləşdirilib.

Volkswagen-də heç bir əlavə məlumat verilməyib. Bir qədər əvvəl şirkət yeniliyin xüsusiyyətlərindən danişilan videoçarx dərc etmişdi. O cümlədən, məlum olub ki, T-Roc iki rəngli ban rəngi və rəqəmsal cihaz paneli əldə edəcək.

Daha əvvəl məlum olub ki, yolsuzluq avtomobilini MQB modul platformasının A0-versiyasında düzəldəcəklər. Sonuncu nəsil Seat Ibiza və Volkswagen Polo hetçbeklərinin hazırlanmasında da bu şassidən istifadə olunub. T-Roc-un rəqibləri Nissan Juke, Mazda CX-3 və Renault Captur olacaq.

Volkswagen-nin yeni yolsuzluq avtomobilinin təqdimat mərasimi avqustun 23-ü, modelin ilk açıq nümayişi isə sentyabrda Frankfurt avtosalonunda keçiriləcək.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen T-ROC 12.08.2017

Şərhlər


AD