Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

1000-güclü Hennessey Hellcat HPE1000

Dünyada məşhur olan Hennessey Performance şirkəti “yüklənmiş” kupe Dodge Challenger Hellcat-ın modernləşdirilmə proqramını rəsmən təqdim etdi. Bütün tamamlamalardan sonra avtomobilin güc qurğusu 1000 a.g.-dən çox güc verə bilir.

Hennessey Hellcat HPE1000, modernləşdirilmiş maslkar məhz belə adlanır. Avtomobil standart veziyyetde 707 a.g. ve 880 Nm fırlanma anı verən 6,2 litrlik blokla təchiz olunmuşdur.

Lakin 4,5 litr həcmli yeni sıxıcı kompressorun, yeni drossel qapağının, paslanmayan poladdan buraxiliş, yanacaq nasosunun, katalizatorun, sıfır müqavimət filteri, yenidən proqramlaşdırılmış idarəetmə bloku və bir sıra digər yeniliklərin quraşdırılması nəticəsində mühərrik 1012 a.g. verir. Fırlanma anı – 1313 Nm-dir.

Istehsalçının verdiyi məlumata görə, təkmilləşdirilmiş kupe sıfırdan ilk yüzə cəmi 2,8 saniyəyə sürət yığa bilir. Öz növbəsində, modernləşdirilmiş avtomobil 227 km/saat maksimal sürətlə ¼ mili 9,9 saniyəyə “uçur”.

AUTO.AZ



teqlər:
Dodge, Dodge Challenger, Hennessey 10.08.2017

Şərhlər


AD