Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Krossover Audi Q4: ilk rəsmlər

Audi SUV — Audi Q4 tapmacasının daha bir çatışmayan hissəsinin görüntüləri var.  Alman premial brendi Audi-nin Q1-dən Q9-dək ticarət markalarının olması sirr deyil. Lakin hal hazırda bu siyahıdan yalnız tanınmış kiçik bir hissədən istifadə edir.

Deyilənə görə, şirkət yaxın illərdə Q4 də daxil olmaqla onlardan istifadə etməyi planlaşdırır. Bununla belə, xatırladaq ki, cari ilin əvvvəlində alman markası Audi Q4 modelinin buraxılışını demək olar ki, təsdiq etdi. Bu avtomobil 2019-cu ildə konveyerə cixmalıdır və BMW X4 və Mercedes-Benz GLC Coupe kimi modellərlə rəqib olacaq.

Bunu nəzərə alan dizayner Lorenso Mariotti (Lorenzo Mariotti) avtomobilin nece görünəcəyini təsvir etməyə çalışıb. Təqdim olunan rəsmlər Audi Q4 e-tron Concept-in prototipini göstərir. Virtual yolsuzluq avtomobilinin yaradılması zamanı dizayner Audi Prologue Concept, Audi e-Tron Sportback Concept konseptlərindən və Audi brendinin müasir dilindən ilham almışdır.

AUTO.AZ



teqlər:
Audi, Audi Q4 09.08.2017

Şərhlər


AD