Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

637-güclü McLaren 570GT

Tüninq atelyesi Novitec sportkar McLaren 570GT-nin xüsusi versiyasını təqdim edib. Avtomobil 3,8-litrlik təkmilləşdirilmiş benzin V8 mühərriki alıb. Bu barədə Motor1 xəbər verib. Mühərrik 637 a.g.-ə malikdir. Standart versiyada bu rəqəm 562-dir.

Sportkar yeni mühərriki sayəsində 100 km/saata 3,0 saniyəyə sürətlənir. Maksimal sürət isə 335 km/saatdır. Yenilik, həmçinin təkmilləşdirilmiş amortizatorlar, spoyler, yeni hava çıxıntıları alıb. Şirkətdən bildirirlər ki, dəyişikliklər sayəsində onlar aerodinamik səmərəliliyi artıra biliblər. Avtomobilin qabaq diskləri 20-, arxa diskləri isə 21-düymdür.

Sportkar McLaren 570GT-nin rəsmi təqdimatı ötən il Cenevrə avtosalonunda keçirilib. O, 570S və 540 °C-nin də daxil olduğu Sport Series sırasına məxsusdur. Modelin qiyməti 214 270 dollardan başlayır.

AUTO.AZ



teqlər:
McLaren, McLaren 570GT, Novitec 04.08.2017

Şərhlər


AD