Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Aston Martin-dən yeni sportkar

Aston Martin şirkəti yeni nəsil kupe Vantage-ın örtük altında əks olunduğu bəzi fotoları dərc edib. Modelin rəsmi debütü cari ilin sonlarında olacaq.

Autocar-ın məlumatına görə, model qısaldılmış alüminium platformada yığılacaq. Bu platformadan DB11-in hazırlanmasında da istifadə edilmişdi. Güman edilir ki, Vantage sələfinə nisbətən daha yüngül və sərt olacaq.

Sportkar DB11-dən mənimsənilmiş iki turbolaşdırılmış mühərriklə təklif ediləcək. Modelin baza versiyası Mercedes-Benz istehsalı olan 4.0 V8 mühərriki ilə təchiz olunacaq.

Ən güclü variant isə 5,2-litrlik V12 alacaq.

AUTO.AZ



teqlər:
Aston Martin, Aston Martin Vantage 02.08.2017

Şərhlər


AD