Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Rolls-Royce Phantom təqdim edilib

Rolls-Royce şirkəti flaqman sedanı Phantom-un yeni nəslini təqdim edib. Model daxili cəhətdən dəyişilməyib, lakin 7-ci seriya BMW platforması Britaniya markasının özünün hazırladığı yeni alüminium şassi ilə əvəz edilib. Bir qədər sonra bu arxitekturadan brendin digər modellərində də, o cümlədən yolsuzluq avtomobili Cullinan-da istifadə ediləcək olacaq.

Yeni Phantom-u dizayna görə lazerli qabaq faralara, bana bərkidilmiş yeni radiator barmaqlığına görə fərqləndirmək olar. O, əl ilə cilalanmış poladdan hazırlanıb və bir az yuxarıda quraşdırılıb. Qabaq hissədə olan kiçik heykəl 1,5 santimetr yuxarıda dayanır.

Yeni Rolls-Royce-a 130 kq səs izolyasiyası əlavə edilib. Bunun sayəsində 100 km/saat sürətdə hərəkət edən avtomobilin salonu 10 % daha sakit olub (60 desibel – adi danışıq tonu). Xüsusi köpük qatı olan yeni şinlər də səsin azalmasına yardım edir. O, şinlərin səsini 9 desibel aşağı salır.

Phantom 571 a.g, 12-silindrli, 6,75-litrlik tvin-turbo mühərrik və 8-pilləli avtomat ZF sürət qutusu ilə təchiz edilir. Aqreqatın maksimal fırlanma anı 900 Nm-dir (dəqiqədə 1700 dövrdə əldə edilir). Dinamik xarakteristikalar barədə məlumat verilmir.

Dörd qapının hər biri düymə vasitəsilə açılıb-bağlanır.

AUTO.AZ



teqlər:
Rolls-Royce, Rolls-Royce Phantom 31.07.2017

Şərhlər


AD