Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Xüsusi versiyalı Bentley Continental GTC

Kabriolet Bentley Continental GT Convertible xüsusi versiya alıb. O, Galene Edition adlanır. Cəmi 30 ədəd tirajla buraxılacaq yenilik Britaniyanın Mulliner markasının mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu mütəxəssislər yaxta istehsal edən Princess Yachts şirkətindən olan həmkarları ilə əməkdaşlıq ediblər və buna görə də kabrioletin bəzi detalları həmin sürətli qayıqlarla bənzəyir. Galene Edition modifikasiyasının banı Glacier White rəngindədir və üzərində Sequin Blue əlavələri var.

Kabrioletin salonu da demək olar eynidir, buna baxmayaraq britaniyalılar interyerdə yüksək keyfiyyətli materiallardan, o cümlədən dəri və qozdan istifadə ediblər. Mərkəzi konsolda və torpedada dəri və qozdan istifadə edilib. Qapılar və qabaq panel üzərində işlər əl ilə görülüb.

Həmçinin qabaq oturacaq sərnişini tərəfdən qabaq paneldə rəssam Jaum Villardellin möhtəşəm yaxta illüstrasiyaları var. Texniki hissəyə gəldikdə, Bentley Continental GTC Galene Edition 4,0-litrlik, 507 a.g.-ə malik, iki turbini olan V8 ilə təchiz edilib. Kabrioletin qiyməti barədə məlumat verilmir.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Continental GT 29.07.2017

Şərhlər


AD