Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Maserati yeni GranTurismo təqdim edəcək

Maserati şirkəti 2020-ci ildə gələcək nəsil kupe GranTurismo istehsal edəcək. Bu barədə Car nəşriyyatı öz mənbəyinə istinadla xəbər yayıb.

Maserati GranTurismo tamamilə yeni alüminium platformada yığılacaq. Bunun sayəsində avtomobilin konstruksiyası sələfinə nisbətən daha yüngül və sərt olacaq. Maserati gələcək modellərinin əsasını yeni şassi, yanacaqla işləyən mühərrik, o cümlədən hibrid və elektrik güc qurğuları təşkil edəcək.

İlkin məlumata əsasən, mühərriklər sırasına yüklənmiş aqreqatlar daxildir. Əvvəlki 6-pilləli avtomat sürət qutusunu indi ZF şirkətinin 8-pilləli sürət qutusu əvəz edəcək.

Xarici görünüşə gəldikdə isə, gələcək nəsil GranTurismo-nun dizaynında həm klassik cizgilərdən, həm də konsept-kar Alfieri-nin cizgilərindən istifadə ediləcək. Güman edilir ki, prototip kupe artıq gələn il debüt edəcək.

AUTO.AZ



teqlər:
Maserati, Maserati GranTurismo 28.07.2017

Şərhlər


AD