Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar-dan təkmilləşdirilmiş XJ

Jaguar şirkəti Mercedes-AMG S63-ün rəqibi olacaq yeni nəsil sedan XJ-in təkmilləşdirilmiş versiyasını rəsmən təqdim edib. Yenilik barədə hələ iyun ayında Hudvudda keçirilən sürət festivalında elan edilmişdi. Lakin o vaxt qonaqlara avtomobilin müəyyən hissəsini göstərmişdilər.

Jaguar XJR575-i 5-litrlik, 8-silindrli kompressorlu mühərriklə (575 a.g. və 700 Nm fırlanma anı) təchiz ediblər. Bu, əvvəlki nəsil Jaguar XJR-də olandan 25 a.g. çoxdur.

Sedan yerindən 100 km/saata 4,4 saniyəyə sürətlənir. Bu, sələfindən 0,2 saniyə daha tezdir, lakin Mercedes-AMG S63-dən 0,2 saniyə gec. Maksimal sürət isə 300 km/saatdır.

Jaguar XJR575 XJ sırasının təkmilləşdirilmiş hissəsidir. Restaylinq olunmuş flaqman sedanı tam diodlu qabaq faralar, 10-düymlük sensorlu ekranı olan modernləşdirilmiş Touch Pro dəsti, o cümlədən 4G standartlı simsiz Wi-Fi alıb.

Təkmilləşdirilmiş Jaguar XJ 2017-ci ilin noyabrında satışa çıxarılacaq.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar XJ 26.07.2017

Şərhlər


AD