Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes E-Class yolsuzluq avtomobilinə çevrildi

Mercedes-Benz şirkətinin mühəndislər qrupu universal E-Class-dan sınaq üçün yeni versiya hazırlayıblar. Bu versiya ağır yolsuzluq şəraiti üçün düzəlib. Adında 4x4² əlavəsi alan yeniliyi Auto Express nəşriyyatı sınaqdan keçirib.

E-Class All-Terrain 4x4² hazırlanması ideyası mühəndis Yurqen Eberlə məxsusdur. O, yeni nəsil E-Class ailəsini hazırlayan qrupun üzvüdür. Mercedes rəhbərliyinin razılıq verdiyi layihə üzərində iş 6 ay ərzində aparılıb.

Yeniliyin təkər bazası 200 mm böyüyüb, arkalar karbondan hazırlanıb. Asılqan yolsuzluq avtomobili G500 4x4², pikap AMG G63 6x6 və Mercedes-Maybach G 650 Landaulet-dakı kimi portal körpülərdən hazırlanıb, nəticədə klirens təxminən 3 dəfə böyüyüb – 160-dan 400 mm-dək. Bundan əlavə, yeniliyi 20-düymlük təkər diskləri və yolsuzluq üçün şinlərlə təchiz ediblər.

Mercedes-Benz E-Class All-Terrain 4x4²-ni 3-litrlik benzin V6 mühərriki (333 a.g. və 450 Nm fırlanma anı) ilə təchiz ediblər.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz E-Class 25.07.2017

Şərhlər


AD