Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Opel İnsignia əlavə at gücü aldı

Opel şirkəti sonuncu nəsil Insignia-nın ən güclü modifikasiyasını təqdim edib. Bu versiya GSi adı alıb. O, cari ilin payızında Frankfurtdakı avtosalonda ictimaiyyətə təqdim ediləcək. Yeniliyi 2-litrlik, 260 a.g. və 400 Nm fırlanma anına malik turbo mühərriklə təchiz ediblər. Mühərrik 8 diapazonlu avtomat sürət qutusu ilə birgə çalışır.

Insignia GSi-in dinamik xarakteristikası barədə Opel hələlik məlumat vermirş Şirkətdən yalnız onu bildiriblər ki, yenilik öz sələfindən Insignia OPC-dən 160 kq yüngüldür. Həmin model 2,8-litrlik turbolaşdırılmış V6 mühərriki ilə təchiz edilirdi. Opel-dən bildiriblər ki, yenilik sələfinə nisbətən Nyurburqrinqi daha tez dövr edir, lakin həmin dövrün vaxtını da deməyiblər.

Opel Insignia GSi-ın təchizatına arxa təkərlər arasında dartma gücünü müəyyənləşdirə bilən tam ötürücü sistem, adaptiv amortizatorlar, qısa yaylar, 20-düymlük təkər diskləri, baqaj qapağının sonunda spoyler, o cümlədən xüsusi hazırlanmış oturacaqlar daxildir.

AUTO.AZ



teqlər:
Opel, Opel Insignia 22.07.2017

Şərhlər


AD