Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai i30-u fastbəkə çeviriblər

Hyundai şirkəti i30 modelinin yeni modifikasiyasını təqdim edib – fastbək tipli ban. Hetçbəkdən müvafiq olaraq 30 və 115 mm alçaq və uzun olan Hyundai i30 Fastback xarici görünüş cəhətdən standart modeldən daha rəvan dam xətti ilə fərqlənir.

Bundan əlavə,  yenilik arxa qapıda spoyler, o cümlədən bir qədər dəyişilmiş qabaq bamper alıb. Fastbək, həmçinin təkmilləşdirilmiş asılqan alıb ki, ona 15% daha sərt olan yenidən tənzimlənmiş amotizatorlar daxildir.

Mühərriklər sırasına 3-silindrli, 1-litrlik (120 a.g.) və 1,4-litrlik (140 a.g.) verən benzin turbo aqreqatlar daxildir. Birinci yalnız 6-pilləli mexaniki, digəri isə 7-diapazonlu, iki muftalı robotlaşdırılmış sürət qutusu ilə birgə çalışır.

Dizel sırasına 1.6-litrlik, 110 və 136 a.g. verən iki mühərrik daxildir. Hər iki mühərrik həm mexaniki, həm də robotlaşdırılmış sürət qutusu ilə çalışacaq.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai i30 18.07.2017

Şərhlər


AD