Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Aston Martin-dən yeni hiperkar

Aston Martin şirkəti hiperkar Valkyrie-nin seriyalarla istehsaldan əvvəlki versiyasının sirrini açıb. Autocar-ın məlumatına görə, hazırda avtomobil 95 % hazırdır. Mühəndislər yalnız hiperkarın aerodinamikası ilə bağlı bəzi xırdalıqları həll etməlidirlər.

Əvvəllər təqdim edilmiş prototipdən fərqli olaraq avtomobil diodlu optika, şüşə silənlər və lövhəciklər alıb. Şirkətdən bildiriblər ki, yenilik misilsiz sıxma gücü ilə seçiləcək. Bu, aerodinamik elementlərin sayəsində mümkün olub.

Avtomobil iki idman oturacağı alıb ki, bunlar hər bir alıcı üçün fərdi olacaq. Salonda, həmçinin üç informasiya displeyi quraşdırılacaq ki, burada sürücüyə lazım olan bütün məlumatlar əks olunacaq.

Aston Martin Valkyrie-ni Cosworth şirkətinə məxsus 6,5-litrlik atmosferli V12 mühərriki (1000 a.g.) ilə təchiz edəcəklər. Digər 130 a.g.-nü isə kinetik enerjini rekuperasiya edən sistemlə birgə çalışan elektrik aqreqat təmin edəcək. Bu sistem Formula-1 bolidlərində istifadə edilən texnologiya əsasında hazırlanıb. Bundan əlavə, hiperkarı Xorvatiyanın Rimac şirkətinin hazırladığı çox yüngül akkumulyator dəsti ilə təchiz edəcəklər.

Avtomobilin çəkisi 1030 kiloqramdır. Beləliklə, hər kiloqrama bir at gücü düşəcək. Yeniliyin maksimal sürəti 402 km/saatdır.

AUTO.AZ

 



teqlər:
Aston Martin, Aston Martin Valkyrie 14.07.2017

Şərhlər


AD