Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Audi A8 rəsmən təqdim edilib

Audi şirkəti yeni nəsil flaqman sedanı A8-i təqdim edib. Model tıxaclar üçün avtopilot sistemi, toqquşma zamanı və yol səthinin pis olduğu zaman təkərləri bir qədər qaldıran qeyri-adi asılqan, sürücüyə ehtiyac duymayan avtoparklama, arxa oturacaq sərnişinlər üçün massaj funksiyası və markanın bu ailəsindı heç birinə bənzəməyən interyer dizaynı alıb.

A8-in xarici görünüşü Audi-nin yeni üslubunda hazırlanıb. Modeldə lazer faralar və orqanik diodlu fənərlərdən istifadə edilib, salonda isə iki displeyi olan yeni mərkəzi konsol və minimum fiziki düymələr var. Yuxarıda 10,1- və 8,6-düymlük displeylər var ki, onlar vasitəsilə klimat-kontrol idarə olunur və mətn yazılır, məsələn, naviqasiya. Bütün sensorlu düymələr basıldıqda səs verir.

Audi A8 ilkin olaraq 3-litrlik benzin və dizel altılıqla təklif ediləcək və müvafiq olaraq 286 və 340 a.g.-ə malik olacaq. Sonra 4-litrlik, 435 a.g. (dizel) və 465 a.g. (benzin) gücə malik səkkizliklər peyda olacaq. Daha sonra isə sedan 585-güclü W12 mühərriki və 499-güclü hibrid güc qurğusu mild hybrid (MHEV) alıb ki, burada 48-voltluq şəbəkədən istifadə edilib. Hibrid elektrik qurğu ilə 135km/saat sürətlə 50 km məsafə qət edə bilər. Bu avtomobil ilk yüzlüyə 4,9 saniyəyə sürətlənir.

Almaniyada yeni A8 payız fəslindən satışa çıxarılacaq.

AUTO.AZ



teqlər:
Audi, Audi A8 11.07.2017

Şərhlər


AD