Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford F-150 Raptor xüsusi versiya alıb

Pikap Ford F-150 Raptor eksklüziv xüsusi versiya alıb. Amerikalılar bunu cəmi bir ədəd və Lockheed Martin F-22 Raptor  təyyarəsinin şərəfinə istehsal ediblər.

Pikap-qırıcı təyyarənin dizaynı markanın dizayneri Melvin Betankura həvalə olunub. Onun işi nəticəsində Ford F-150 Raptor xüsusi radiator barmaqlığı və qırıcı təyyarənin siluetinin təsvir edildiyi arxa görünüş güzgüsü alıb.

Modifikasiyanı, həmçinin yeni lüstr ilə təchiz ediblər, onun banında F-22 yazısı peyda olub.  Bu pikap yeni disklər və yolsuzluq şəraitinə uyğun şinlər alıb. Yük üçün olan hissədə iki ehtiyat təkəri üçün yer də var.

Pikapın texniki işləri idman bölməsi Ford Performance-ın mütəxəssislərinə həvalə edilib. Onlar 3,5-litrlik V6-nın gücünü 545 a.g.-dək artırıblar (+95). Bundan əlavə, onlar pikapın asmasını təkmilləşdiriblər və daha güclü əyləclər quraşdırıblar.

AUTO.AZ



teqlər:
Ford, Ford F-150 08.07.2017

Şərhlər


AD