Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Fiat 500 sənət əsəri kimi tanınıb

Nyu-Yorkdakı müasir incəsənət muzeyi öz kolleksiyasına orijinal hetçbək Fiat 500-ü daxil edəcəyi barədə məlumat yayıb. Bu barədə modelin 60 illik yubileyi günündə elan edilib. 1957-ci il iyulun 4-də Turində bu avtomobilin ilk nümunəsi təqdim edilmişdi.

Muzeyin ixtiyarına 500 F modifikasiyası veriləcək. Bu, 1965-1972-ci illərdə istehsal edilən modelin tarixində ən məşhur və uğurlu modifikasiyadır. Nyu-Yorkda sərgilənəcək nümunə bej rəngindədir və yumşaq dama, metal kolpaklı disklərə malikdir.

Müasir incəsənət muzeyinin kolleksiyasında, həmçinin Cisitalia 202 GT (1946-cı il), Willys-Overland Jeep (1952-ci il), Volkswagen Beetle (1959-cu il), Jaguar E-Type Roadster (1963-cü il), Ferrari 641/2 Grand Prix Racer (1990-cı il) və Smart (1998-ci il) avtomobilləri var.

AUTO.AZ



teqlər:
Fiat, Fiat 500 07.07.2017

Şərhlər


AD