Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Aston Martin DB11 AMG-dən mühərrik alıb

Aston Martin şirkəti ilk dəfə Mercedes-AMG mühərriki olan modelini təqdim edib. Bu, superkar DB11-dir. O, 4-litrlik biturbo səkkizlik alıb ki, bu da bir çox Mercedes-lərdə, xüsusən də superkar Mercedes-AMG GT və yolsuzluq avtomobili G500-də quraşdırılır və modeldən asılı olaraq 422-dən 612 a.g.-ə dək gücə malikdir.

Mercedes-AMG mühərriki Astonda 510 a.g. və 675 Nm fırlanma anı verir. Buna baxmayaraq, Britaniya istehsalçısının mühəndisləri elektron idarəetmə blokunu yenidən proqramlaşdırıblar və aqreqatın tənzimləmələrini yeniləyiblər və bununla da modelə gözəl səs veriblər. Aston Martin avtomobillərinin sahibləri bu səsi gözəl tanıyırlar.

Bununla yanaşı, superkar yeni karter, fərqli sistemlər alıb. 608-güclü 12-silindrli model ilə müqayisədə V8 mühərriki olan bu modeldə asma dəyişilib, yeni yaylar, amortizatorlar və köndələn davamlı stabilizatorlar peyda olub, o cümlədən stabilizasiya sistemi yenidən tənzimlənib. Sürət qutusu əvvəlki kimi qalıb – 8-pilləli avtomat ZF. Yenilik 1760 kq çəkiyə malikdir. Bu, V12-si olan avtomobildən 115 kq yüngüldür.

Bu avtomobil yerindən yüzlüyə 4 saniyəyə sürətlənir (kupe V12-dən 0,1 saniyə gec), maksimal sürət isə 301 km/saatdır.

AUTO.AZ



teqlər:
Aston Martin, Aston Martin DB11, AMG 04.07.2017

Şərhlər


AD