Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW-dən yeni krossover Х3

BMW şirkəti gələcək nəsil krossover X3-ün sirrini açıb. Modelin interyeri və eksteryeri dəyişib, burada yeni opsiyalar, o cümlədən displey peyda olub. Model, həmçinin M40i variantı alıb.

Sələfindən fərqli olaraq, yeni X3 daha uzun, enli və hündür alınıb: müvafiq olaraq 4716, 1897 və 1676 mm. Bununla belə, təkər bazası 54 mm artıb (2864 mm). Bundan əlavə, BMW mühəndisləri çəkinin oxlar arasında ideal bölgüsünə nail olublar: 50:50.

Krossover xarici görünüşcə çox dəyişməyib, lakin onun qabaq və arxa hissəsinin bəzəyi dəyişib. Modeldə yeni optika, o cümlədən duman əleyhinə altı bucaqlı faralar peyda olub (bu, BMW X seriyasında ilk dəfədir). Yeniliyin mühərrik qammasına iki dizel və üç bünzin mühərrki daxil edilib. Bütün mühərriklər 8-pilləli avtomat sürət qutusu ilə birgə çalışır.

Dizellər 190-güclü dördlüklə və 265 a.g. verən 6-silindrli mühərriklə təqdim edilib. Benzin aqreqatlı modellər 184 və 252 a.g.-ə malik turbo dördlüklərdir, həmçinin M40i versiyasında altılıq. Yeni X3 360 a.g. və 500 Nm fırlanma anına malikdir, bu da avtomobili 4,8 saniyəyə ilk yüzlüyə çatdırır. Maksimal sürət 250 km/saatdır.

M40i modifikasiyası, həmçinin aerodinamik M-asılqan, tənzimlənən səsi olan idman qaz buraxma sistemi, fərqli əyləclər və asmalarla fərqlənir. Bundan əlavə, belə versiyada Launch Control funksiyası, o cümlədən tam ötürücü xDrive tənzimləmələri var ki, bu da adi X3-ə nisbətən əsas dartma gücünü arxa oxa verir.

AUTO.AZ

 



teqlər:
BMW, BMW X3 01.07.2017

Şərhlər


AD