Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus CT 200h-ı təkmilləşdirib

Lexus şirkəti təkmilləşdirilmiş CT 200h modelini təqdim etdi. Hibrid hetçbək son restaylinqə məruz qalıb – 2018-2019-cu illərdə beşqapılını başqa model əvəz edəcək. Təkmilləşdirilmiş Lexus СT 200h tezliklə ABŞ, Çin və Avropa bazarlarına çıxacaq. Bu barədə Yaponiya brendinin mətbuat xidməti məlumat verib.

Yenilik diodlu L-şəkilli hərəkət işıqları bloklarının üzərində yerləşdirilmiş fərqli qabaq faralar, o cümlədən təkmilləşdirilmiş radiator barmaqlığı alıb. Banın arxa hissəsi sələfindən fərqli fənərlər və bir qədər dəyişilmiş bamperlə seçilir. Hetçbəki, həmçinin 15-17 düymlük yeni dizaynlı təkər diskləri ilə əldə etmək olar.

Hibrid yeni naviqasiya sistemi və 10,3-düymlük displeyi olan (restaylinqə qədər olan modelin ekranından 3,3 düym böyük) müasir multimedia sistemi alıb. Elektron sistemə uyğunlaşdırılmış kruiz-kontrol, yol hərəkət nişanlarını tanıyan və hərəkətə nəzarət edən sistemlər, o cümlədən şəraitə uyğunlaşan qabaq faralar daxildir.

Lexus СT 200h-ın güc aqreqatları təkmilləşdirilməyib. Bu siyahıya Atkinson dövriyyəsi ilə işləyən 1,8-litrlik benzin dördlük, elektrik motoru və variator daxildir. Ümumilikdə aqreqatlar 136 a.g. verir.

AUTO.AZ



teqlər:
Lexus, Lexus CT200h 23.06.2017

Şərhlər


AD