Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia yeni krossover təqdim edib

Kia şirkəti yeni krossover Stonic təqdim edib. Qabaq ötürücülü kompakt model Avropa bazarı üçün nəzərdə tutulub və o, 2017-ci ilin 3-cü rübündə satışa çıxarılacaq.

Stonic texniki cəhətdən demək olar ki, krossover Hyundai Kona-nı təkrarlayır. Lakin bu məlumat rəsmi olaraq təsdiq edilməyib. Model Kona-ya nisbətən bir qədər kiçikdir: onun uzunluğu 4,14 metr, eni 1,76 metr, hündürlüyü isə 1,52 metrdir. Təkər bazası 2,58 metrə bərabərdir. Stonic-in baqajı 352 litrə bərabərdir. Bu da Kona-nın baqajından balacadır (361 litr).

Krossoverin mühərrik qammasında 1,25- və 1,4-litrlik atmosferli, o cümlədən turbo yükləyicili üçlük (120 a.g.) və 1,6-litrlik dizel mühərriklər daxildir. Bütün mühərriklər mexaniki sürət qutusu ilə birgə çalışacaqlar. Avtomat sürət qutusunun olub-olmayacağı hələ bilinmir. Həmçinin tam ötürücülü modifikasiyaların da olub-olmayacağı barədə məlumat yoxdur.

Yeni krossover 7 illik zəmanətlə təklif ediləcək. Kia Stonic-in qiyməti hələ məlum deyil.

AUTO.AZ



teqlər:
KIA, Kia Stonic 21.06.2017

Şərhlər


AD