Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW-dən böyük hetçbək

BMW şirkəti 6-cı seriyanın yeni nümayəndəsini – böyük hetçbək Gran Turismo-nu rəsmi olaraq təqdim edib. Alman avtomobil istehsalçısının model sırasında yenilik elə Gran Turismo adlanan 5-ci seriya hetçbəki əvəz edəcək.

Modelin əsasında CLAR platforması dayanır. O, sonuncu nəsil 5-ci və 7-ci seriyanın hazırlanmasında istifadə edilib. Yeni şassi avtomobili sələfinə nisbətən 150 kq yüngül edib. Böyük hetçbəkin uzunluğu 5091 mm, eni 1902 mm, hündürlüyü isə 1538 mm təşkil edir. Təkər bazası 3070 mm-ə bərabərdir.

Beləliklə, 6-cı seriya Gran Turismo sələfinə nisbətən 87 mm daha uzun, 31 mm isə alçaqdır. Lakin onun eni və təkər bazası 5-ci nəsil Gran Turismo ilə eynidir. Buna baxmayaraq, altılığın baqajının həcmi böyüyüb. Arxa oturacaqlar yığılmasa o, 610 litrə (+110 litr) çatır, yığıldıqdan sonra isə 1800 litr (+100 litr) təşkil edir.

Satışa çıxdığı andan 6-cı seriya Gran Turismo iki benzin (630i və 640i) və bir dizel (630d) mühərriki ilə təklif ediləcək. Əvvəlcə 258 a.g.-ə (400 Nm) malik 2-litrlik turbo dördlük, o cümlədən 340 a.g. və 450 Nm-ə malik altılıq olacaq.

Yenilik ilk dəfə sentyabr ayında Frankfurt avtosalonunda təqdim ediləcək.

AUTO.AZ



teqlər:
BMW, BMW 6-series 20.06.2017

Şərhlər


AD