Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai kompakt krossover təqdim edib

Hyundai şirkəti yeni kompakt krossover Kona-nın sirrini açıb. O, Havay adalarındakı şəhərin şərəfinə belə adlandırılıb. Model geniş mühərrik qamması və zəngin təchizat, o cümlədən opsional tam ötürücü və iki növ asılqan alıb.

Hyundai-dan bildiriblər ki, krossover tamamilə yeni platforma üzərində yığılıb. O, məxsusi olaraq kompakt yolsuzluq avtomobilləri üçün hazırlanıb və B-SUV seqmentində yeni standartlar tətbiq edəcək. Şirkət modelin ölçüləri barədə məlumat vermir, lakin bildirilib ki, onun salonu çox geniş olacaq.

Bazardan asılı olaraq, krossover dörd müxtəlif mühərriklə təklif ediləcək. Onlardan biri 2,0-litrlik, 149 a.g. (179 Nm) olan atmosferli benzin mühərrikdir. O, 6-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Yenilik ilk yüzlüyə 10 saniyəyə sürətlənir, maksimal sürət isə 194 km/saatdır.

Qammaya, həmçinin 1,6-litrlik, 177 a.g. və 265 Nm fırlanma anına malik Gamma turbo mühərriki daxildir. O, 7-pilləli, iki muftalı robotla birgə işləyir. Bu mühərrik Kona-nı ilk yüzlüyə 7,7 saniyəyə sürətləndirir. Maksimal sürət isə 210 km/saatdır.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai B-SUV 19.06.2017

Şərhlər


AD