Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan Mercedes E-Class Estate

Dahi və dəhşətli sürət hökmdarı olan Bottrop qrand aftermarketi Mercedes-Benz E-Class S 213 sahiblərini xoşbəxt edib. Eksteryer elə də nəzərə çarpmır, lakin çox acıqlıdır. Ustalar banda aerodinamik detallar bərkidiblər və 18-21 düymlük təkərlər təklif edirlər. Ən maraqlısı isə texniki yeniliklərdir.

E200 sahiblərinə məhsuldarlığı 184 a.g. və 300 Nm-dən 225 a.g. və 330 Nm-dək artıran yeni proqram təklif edilir. Bu, güclü və çox əyləncəlidir. İndeksi 250 olan E-Class əlavə olaraq 34 a.g. və 50 Nm alır. Nəticədə 245 a.g., 400 Nm, ilk yüzlüyə sürətlənmə 7 saniyəyə və 245 km/saat maksimal sürət.

Mercedes-AMG E 43 4Matic də yaddan çıxmayıb. Bu supersaray elə tüninqsiz də canlıdır (iki turbo yükləyicili altılıq 401 a.g. və 520 Nm verir), onunla birlikdə isə dəqiqədə 2500-5000 dövrdə 450 a.g. və 570 Nm. Belə avtomobil yüzlüyə 4,4 saniyəyə sürətlənir. Bu, standart versiyadan 0,3 saniyə tezdir.

Dizellər? Onlarsız mümkün deyil! E220 d əlavə 27 a.g.-ə və 500 Nm-ə, E350 d isə əlavə 51 a.g.-ə, 100 Nm-ə malikdir. Nəticədə sonuncu versiya dəqiqədə 1600-2400 dövrdə 309 a.g. və 720 Nm-ə malikdir. İlk yüzlüyə 5,7 saniyəyə sürətlənir – asanlıqla! Avtomobil, həmçinin idman yayları da alıb ki, onlar klirensi 30 mm aşağı salırlar.

AUTO.AZ



Şərhlər


AD